• $
  • €
  • ₽
  • ₺
  • £

Müavinindən Cəmil Quliyevə AĞIR İTTİHAMLAR

Müavinindən Cəmil Quliyevə AĞIR İTTİHAMLAR
03.12.2013 11:20
“İTV-də qalmağımı İsmayıl Ömərov xahiş etmişdi”
“Peşəkarlarla işləmək başqa şeydi”
Xəbər verdiyimiz kimi dünəndən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “köhnə komandadan” qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunur. Bunu müqavilənin vaxtının bitməsi ilə izah edən İTV rəhbərliyi yeni komanda yığmağa hazırlaşır. 
Gedənlərin sırasında İTV direktorunun müavini Çingiz Aslanov da var. Belə ki, AzNews.az-a daxil olan məlumatda keçmiş müavinin də işinə son verildiyi, bu gündən işə gəlməmək tapşırıldığı deyilirdi. AzNews.az direktor müavini ilə əlaqə saxlayıb işdə olub-olmadığı ilə maraqlanıb. Ç.Aslanov işə gəldiyini, lakin artıq çıxmağa hazırlaşdığını söyləyib. 
Çingiz Aslanov açıqlamasinda işdən azad olunmasını müqavilə vaxtının bitməsi ilə əlaqələndirib: 
“Düşünürəm ki, müqavilə vaxtım bitib. Ona görə işdən çıxarmaq istəyirlər. Əslində mən çoxdan getmək istəyirdim. İsmayıl Ömərov gedəndən az sonra ərizəmi yazıb azad olunmaq istəyimi bildirmişdim. Lakin İsmayıl Ömərov və bəzi hörmətli şəxslər məndən xahiş etdilər ki, qalıb yeni rəhbərliyə kömək edim. Artıq müstəqil işləyirlər, hamını tanıyırlar. Mən gedə bilərəm”. 
Ç.Aslanov getməkdə israrlı olmasına da aydınlıq gətirib: “Problem başqadır. Bilirsiniz, peşəkarlarla işləmək başqa şeydir”. 
“Bəs, indiki rəhbərlik peşəkar deyil?” – sualına cavabında yeni iş metodu ilə razılaşmadığını bildirib: “Onların iş metodu İTV prinsiplərinə uyğun deyil”. 
Ç.Aslanov bir neçə həftə istirahət edəcəyini və yeni iş barədə sonra düşünəcəyini deyib: “İşdən bu gün azad olunmuşam. Hələlik təklif yoxdur. Bir neçə həftə istirahət etmək istəyirəm”. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol