• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda media və yayım sahəsində yeni qurum yaradılır

Azərbaycanda media və yayım sahəsində yeni qurum yaradılır
16.06.2026 10:08

Azərbaycanda Audiovizual Şuranın adı dəyişdirilərək Media və Yayım Şurası adlandırılacaq və qurumun səlahiyyətləri genişləndiriləcək. Bu, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, Şura media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. Qurum Media Reyestrini aparacaq, media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi verəcək.

Media subyektləri təsisçiləri, iştirakçıları və idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabrın 30-dək Şuraya təqdim etməli olacaqlar.

Şuranın səlahiyyətlərinə media savadlılığının artırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, müsabiqələrin və təlimlərin təşkili, eləcə də audiovizual məhsullar üzrə dövlət sifarişçisi kimi çıxış etmək daxil edilir.

Qanun layihəsində Şuraya dezinformasiyanın qarşısının alınması, sosial şəbəkələrdə rəqəmsal məzmunun təhlili və media subyektlərinin fəaliyyətinə dair araşdırmalar aparmaq səlahiyyəti də verilir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol