• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftə ərzində təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Bir həftə ərzində təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
16.06.2026 11:20

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iyunun 8-dən 15-dək aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina və 497 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilir.

Məlumata görə, hesabat dövründə ümumilikdə 1 668,8 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

ANAMA-nın məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərdə son dörd il ərzində ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Müharibədən sonrakı dövrdə ümumilikdə 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları həyata keçirir. Rəsmi məlumatlara görə, ölkədə mina qurbanlarının sayı 3 400 nəfərdən çoxdur. Onlardan 359-u uşaq, 38-i isə qadındır. İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib, onlardan 55 nəfər həlak olub. Zərərçəkənlərin 143 nəfərini mülki şəxslər təşkil edir.

BMT-nin məlumatlarına görə, dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların 37%-ni uşaqlar, 81%-ni isə kişilər və oğlan uşaqları təşkil edir. Mina təhlükəsi Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi əsas humanitar problemlərdən biri olaraq qalır.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol