• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə müəllimlərin geyimi qanunla tənzimlənəcək

Məktəblərdə müəllimlərin geyimi qanunla tənzimlənəcək
16.06.2026 12:17

Azərbaycanda dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün müzakirəyə çıxardığı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin müəyyən edilmiş geyim tələblərinə riayət etməsi qanunvericilikdə təsbit olunacaq.
Dəyişikliyin məqsədi məktəblərdə peşəkar iş mühitini gücləndirmək, nizam-intizamı artırmaq və vahid yanaşma formalaşdırmaqdır.


Qanun layihəsində qeyd olunur ki, müəllim şagirdlər üçün təkcə bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyət mədəniyyəti və görünüşü ilə nümunədir.


Bu baxımdan müəllimlərin səliqəli, sadə və işgüzar geyimdə olması onların peşəkar statusunu və məsuliyyətini daha aydın göstərən amil kimi qiymətləndirilir.


Layihəyə görə, müəllimlərin geyimi gündəlik iş şəraitinə uyğun, rahat və praktik olmalı, eyni zamanda məktəbin peşəkar mühitini əks etdirməlidir.


Dəyişikliyin məktəblərdə təşkilati mədəniyyətin inkişafına, valideynlərin təhsil müəssisələrinə etimadının artmasına və daha nizamlı təhsil mühitinin formalaşmasına xidmət edəcəyi bildirilir.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol