• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbulla bağlı imtahan başladı

Dövlət qulluğuna qəbulla bağlı imtahan başladı
03.12.2013 10:16
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başlayıb.Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlara bu gündən etibarən start verilib. Qeyd edək ki, 4, 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Oktyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 4-də, oktyabrın 25-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 25-də başa çatıb. Noyabrın 5-də elan edilmiş müsabiqə üzrə qeydiyyat dekabrın 4-də, noyabrın 20-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 19-da başa çatacaq. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatları üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər iddia etdikləri vakant inzibati vəzifə üzrə nəzərdə tutulmuş test imtahanının tarixini və vaxtını seçməklə öz adlarını tapa bilərlər. Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin edən “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı Komissiyanın internet saytında yerləşdirilib. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol