• $
  • €
  • ₽
  • ₺
  • £

Psixiatrik məlumatların elektron kartda saxlanılması təklif edilir

Psixiatrik məlumatların elektron kartda saxlanılması təklif edilir
17.06.2026 12:02

Azərbaycanda “Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, şəxsin psixi sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı barədə məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması təklif olunur.


Layihəyə görə, psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri barədə məlumatlar konfidensial hesab edilir. Bu məlumatlardan sərbəst istifadə hüququ yalnız həmin şəxsin özünə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsus olacaq.


Qanuna təklif olunan digər dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər belə yardım almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar onun yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək.

Həmin şəxsin qanuni nümayəndəsinə və ya qanuni nümayəndəsi olan şəxs barədə məlumatlar isə yazılı müraciətdən sonra iki iş günü ərzində müdiriyyət tərəfindən təqdim olunacaq.


Mövcud qanunvericilikdə bu məlumatların şəxsin özünə və ya qanuni nümayəndəsinə yazılı müraciətdən sonra iki gün ərzində təqdim olunması nəzərdə tutulur. Təklif olunan dəyişikliklər məlumatların təqdim edilməsi mexanizmini elektron sağlamlıq kartı sistemi ilə əlaqələndirir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol