• $
  • €
  • ₽
  • ₺
  • £

Psixiatriya qanunu müasir diaqnostika və müalicəyə uyğunlaşdırılır - deputat

Psixiatriya qanunu müasir diaqnostika və müalicəyə uyğunlaşdırılır - deputat
17.06.2026 12:10

Psixiatriya daim inkişaf edən tibb sahəsidir və yeni diaqnostika üsulları, innovativ texnologiyalar, eləcə də müasir müalicə metodlarının tətbiqi mövcud qanunvericiliyin yenilənməsini zəruri edir. Bunu deputat Əhliman Əmiraslanov deyib. 

“Psixiatriya yardımı haqqında vaxtilə qəbul edilmiş qanuna dəyişiklik etmək məcburiyyətində qalırıq. Çünki əhaliyə göstərilən psixiatriya yardımı, bu xəstələrin müalicəsi və diaqnostikası bir neçə il əvvəlki səviyyədə deyil”, - Əmiraslanov vurğulayıb.

Onun sözlərinə görə, əvvəllər psixi xəstəliklərin diaqnostikasında əsasən subyektiv qiymətləndirmələrdən istifadə olunurdusa, hazırda daha dəqiq və obyektiv müayinə imkanları mövcuddur.

Deputat bildirib ki, müasir diaqnostika metodlarına elektroensefaloqrafiya ilə yanaşı kompüter tomoqrafiyası, kontrastlı maqnit-rezonans tomoqrafiyası, PET-CT müayinələri, müxtəlif izotoplardan istifadə edilən topik müayinələr, laborator və genetik analizlər daxildir.

Əmiraslanov əlavə edib ki, biomarkerlər də psixi xəstəliklərin diaqnostikasında getdikcə daha geniş tətbiq olunur və diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır.

“Bu xəstələrin müalicəsində klassik dərman preparatları ilə yanaşı, digər müasir müalicə üsulları da tətbiq olunur. Onlardan biri kranial maqnitoterapiyadır. Müasir texnologiyalar vasitəsilə beynin müəyyən nahiyələrinə təsir etməklə ayrı-ayrı sindrom və əlamətləri aradan qaldırmaq mümkündür”, o qeyd edib.

Deputatın sözlərinə görə, psixiatriya elminin inkişafı qanunvericiliyin də müasir tibbi yanaşmalara uyğunlaşdırılmasını tələb edir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol