• $
  • €
  • ₽
  • ₺
  • £

İİB Qrupu çərçivəsində Azərbaycanla 5 yeni saziş imzalanıb

İİB Qrupu çərçivəsində Azərbaycanla 5 yeni saziş imzalanıb
17.06.2026 13:49

Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan Özəl Sektor Forumunun açılışında 5 yeni saziş imzalanıb.

Bu barədə İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Xalid Xələfalla bildirib.

Onun sözlərinə görə, imzalanan sənədlər arasında enerji və bərpa olunan enerji sahələrində maliyyələşdirmə imkanlarının araşdırılması məqsədilə SOCAR ilə memorandum, AzerConnect ilə əməkdaşlıq sazişi, həmçinin Turan Banka 20 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə sazişi yer alıb.

Bundan əlavə, Türk İnvestisiya Fondu ilə Mərkəzi Asiya regionunda potensial investisiyaların maliyyələşdirilməsi üçün resursların səfərbər edilməsini nəzərdə tutan çərçivə sazişi, eləcə də Azərbaycan Biznesin İnkişafı Fondu ilə Azərbaycanda və regionda maliyyə resurslarının cəlb olunmasına yönəlmiş əməkdaşlıq sənədi imzalanıb.

ICD rəhbəri qeyd edib ki, İİB Qrupu uzun illərdir Azərbaycanla sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, ICD ölkədə fəaliyyət göstərən bir sıra bankları maliyyə xətləri vasitəsilə dəstəkləyib, həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirmək məqsədilə lizinq şirkətləri ilə əməkdaşlıq edib.

O bildirib ki, İİB Qrupunun sığorta qurumu olan İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) Azərbaycanın 2023-cü ildə təşkilata 49-cu üzv kimi qoşulmasından sonra ölkədə ümumilikdə 164 milyon dollar həcmində əməliyyatı sığortalayıb.

Rəhbərin sözlərinə görə, son dövrlərdə telekommunikasiya sektorunda həyata keçirilən layihələrin sığortalanması istiqamətində mühüm əməliyyatlar reallaşdırılıb. O əlavə edib ki, təşkilat gələcəkdə nəqliyyat və digər infrastruktur layihələrinin dəstəklənməsində maraqlıdır.

ICD rəsmisi vurğulayıb ki, qurum daha əvvəl Qazaxıstandan Azərbaycan Dəmir Yollarına lokomotiv ixracının maliyyələşdirilməsi layihəsini də dəstəkləyib və Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol