• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kraudfandinq fəaliyyəti üçün yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda kraudfandinq fəaliyyəti üçün yeni qanun layihəsi hazırlanıb
17.06.2026 14:00

Azərbaycanda kraudfandinq fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanıb.


Layihə ölkədə səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorlarının fəaliyyətinə dair tələbləri, eləcə də bu sahədə dövlət tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir.

Qanunun məqsədi startaplar, mikro, kiçik və orta sahibkarlar üçün alternativ maliyyələşmə kanallarına çıxışı genişləndirmək, kapital bazarının imkanlarından istifadəni artırmaq və investorların hüquqlarının müdafiəsini təmin etməkdir.


Layihəyə əsasən, kraudfandinq platformalarını idarə edən operatorlar yalnız Mərkəzi Bankın reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. Operatorların minimum nizamnamə və məcmu kapital tələbləri də Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Qanun layihəsində investorların vəsaitlərinin ayrıca uçotunun aparılması, onların operatorun aktivlərindən ayrı saxlanılması, fərdi investorlar üçün 7 günlük “düşünmə dövrü”nün tətbiqi və investisiya limitlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, kraudfandinq kampaniyasının müddəti 90 gündən çox ola bilməz. Borc əsaslı kraudfandinq yalnız istiqraz buraxılışı, səhm əsaslı kraudfandinq isə səhmdar cəmiyyətləri tərəfindən əlavə səhmlərin buraxılması yolu ilə həyata keçiriləcək.

Kraudfandinq sahəsində tənzimləmə və nəzarət səlahiyyəti Mərkəzi Banka veriləcək. Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol