• $
  • €
  • ₽
  • ₺
  • £

Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib

Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
17.06.2026 17:30

Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan  “Azərsun Holdinq” bu dəfə  milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalının təşkil edilməsinə dəstək verib.

 "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və  digər idman oyunları keçirilib. 

Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. 

Elm və Təhsil Nazirliyinin elan etdiyi  "Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil" layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq  məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələr həyata keçirən “Azərsun Holdinq” 2026-cı il ərzində Azərbaycan dilinə dəstək istiqamətini prioritet elan edib və bu istiqamətdə müxtəlif müsabiqə və layihələr reallaşdırır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol