• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Daha 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
17.06.2026 18:07

Azərbaycanda daha bir neçə avtobus marşrutlarının istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 214 və 214A nömrəli şəhərətrafı, eləcə də Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Bərdə–Kəlbəcər və Göyçay–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin "Şuşa şəhərciyi" yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC, Bakı–Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu, Bakı–Ağcabədi marşrutu üzrə fiziki şəxs Məmmədov Müşviq Novruz oğlu, Bakı–Mingəçevir marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC, Gəncə–Gədəbəy marşrutları üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu, Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Rüstəmli Şahin Rüstəm oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu, Bərdə-Kəlbəcər marşrutu üzrə fiziki şəxs İsmayılova Elmira Əli qızı, Göyçay-Gəncə marşrutu üzrə fiziki şəxs İbadov Elvin Arif oğlu qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol