• $
  • €
  • ₽
  • ₺
  • £

3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb

3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
17.06.2026 20:19

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. Mərkəzin məlumatına görə, imtahanda iştirak edən abituriyentlərdən üç nəfər maksimum nəticə olan 400 bal toplayıb.

DİM-dən bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 56 847 abituriyentdən 2 429 nəfər imtahana qatılmayıb. Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.

II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin məzunu Banuçiçək Rüstəmli göstərib. O, imtahanın birinci mərhələsində 291,9 bal toplayıb və hər iki mərhələnin nəticələrinə əsasən 688,9 balla qrup üzrə ən yüksək yekun göstəriciyə sahib olub.

III ixtisas qrupu üzrə isə üç abituriyent – Bakı şəhərindəki S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu Zeynəb Quliyeva, 62 nömrəli məktəb-liseyin məzunu Aişə Qasımova və İsmayıllı rayonunun Qalacıq kənd orta məktəbinin məzunu Fidan Qardaşova imtahanda 400 bal toplayıblar.

Bununla belə, III ixtisas qrupu üzrə ən yüksək yekun nəticəni Sumqayıt şəhər 12 nömrəli orta məktəbin məzunu Fidan Hüseynzadə göstərib. O, birinci mərhələdə 293,8, ikinci mərhələdə isə 396,2 bal toplayaraq ümumilikdə 690 bala çatıb. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol