• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın məhkəməsindən sonra qanlı dava – Video

Gülər Əhmədovanın məhkəməsindən sonra qanlı dava – Video
03.12.2013 00:47

“Günəbaxanın” aparıcısı İlqar Mikayıloğlunun keçmiş və indiki arvadları əlbəyaxa oldular.

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesindən sonra qalmaqal düşüb. 

Jurnalistlər binanı tərk edəndən sonra sabiq deputatın ailə üzvləri arasında ciddi qalmaqal yaşanıb. 

Bu qalmaqal Starxeber.com saytının əməkdaşları tərəfindən video-lentə alınıb. 

Musavat.com aydınlaşdırıb ki, yaranmış davaya səbəb G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun birinci həyat yoldaşı ilə ikinci həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova (ANS-dəki “Hökm” verilişinin aparıcısı) arasında yaşanan söz atışması olub. 

Musavat.com-un əməkdaşı şahidlərin fikirlərinə əsasən aydınlaşdırıb ki,  hər iki qadın müntəzəm olaraq G.Əhmədovanın məhkəmə iclaslarında iştirak edib. 

Videokadrlara bilgisi olmayanların baxması onlara heç nə aydınlatmır. Lakin müsavat.com-un müxbiri bu qısa videoları şərh etdirə bilib. Nəticə belədir:

“Kadrlardan görünür ki, İ.Mikayıloğlunun birinci həyat yoldaşı ağlaya-ağlaya “Mən ona neyləmişəm? Deyir, İlqara deyəcəm, sənin ağzına ... qoysun”, sözlərini deyir və Z.Bayramovaya hücum çəkmək istəyir. Onun qarşısını alan, üstünə təpinən, hətta sakitləşməsi üçün itələyən isə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdur. 

Bu arada məhkəmənin əsas qapısında davam edən davada isə Zülfiyyə xanımın üstünə hücum çəkən şəxs G.Əhmədovanın bacısı Gülnar Quliyevadır. Onu sakitləşdirən isə G.Əhmədovanın digər qardaşı və onun həyat yoldaşıdır.

Tərəflər arasında söz atışması məhkəmə zalında baş verib. Məhkəmədən əldə etdiyimiz xəbərə görə, ailə üzvləri G.Əhmədova ilə zalda söhbət edərək, təsəlli verməyə çalışıblar. Bu zaman zaldakı qadınlar arasında dava düşüb. G.Əhmədovanın bacısı Gülnar Quliyeva və İ.Mikayıloğlunun birinci həyat yoldaşı Zülfiyyə Bayramovanın zala gəlməsindən narazı olduqlarını bildirərək, “sən kimsən bura gəlirsən”, deyiblər. Tərəflər arasında ilk əlbəyaxa dava məhkəmə zalında yaşanıb. Qadınlar bir-birinin üzünü cırıblar. Buna G.Əhmədova da şahid olub. 

Zaldan nəzarətçilərin vasitəsilə çıxarılan ailə üzvlərinin davası bayırda da davam edib. Həmin zaman Z.Bayramova həyat yoldaşı İ.Mikayıloğluna zəng edərək, onun birinci həyat yoldaşından və bacısından şikayətlənib. Davanın qızışmasına səbəb bu telefon zəngi olub. İ.Mikayıloğlunun kadrlarda görünən birinci həyat yoldaşının etirazı da məhz bu telefon zənginə görə olub.  

Məhkəmə binasının qabağında davam edən dava nəticəsində G.Quliyevanın üzü qan içində qalıb. Z.Bayramova ilə bir-birinin üzlərini cırmaqlamaları hər ikisinin vəziyyətini pisləşdirib. Vəkil xanımın da üzü cırmaq yaraları ilə dolu olub. Hadisəni görənlər qalmaqalın ifrat həddə olduğunu deyir. 

Müşahidəçilərin sözlərinə görə, ailə üzvlərinin aqressiyasına səbəb məhkəmə hökmü olub.

G.Əhmədovaya 3 il cəza verildiyini öyrənəndən sonra aqressivləşən yaxınları qərarın acısını bir-birindən çıxarıblar.

Oxu.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol