• $
  • €
  • ₽
  • ₺
  • £

İİB: 57 üzv ölkədən 32-si həssas və ya yoxsul vəziyyətdədir

İİB: 57 üzv ölkədən 32-si həssas və ya yoxsul vəziyyətdədir
18.06.2026 16:29

İslam İnkişaf Bankı (İİB) Qrupunun Əməliyyatlar üzrə vitse-prezidenti Rami Mahmud Ahmad bildirib ki, Bankın 57 üzv ölkəsindən 32-si hazırda həssas və ya yoxsul vəziyyətdədir.

O, bu barədə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankının Dayanıqlılıq Dialoqu 2026: Yüksək Səviyyəli Panel Sessiyası”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın 10 ildə təxminən 400 milyon insanın həddindən artıq yoxsulluq şəraitində yaşayacağı gözlənilir. Rami Mahmud Ahmad qeyd edib ki, Sahel regionunda münaqişələr, iqlim şokları və ərzaq çatışmazlığı, Suriyada isə uzunmüddətli böhran həssaslığı artırır və inkişafı ləngidir.

Vitse-prezident bildirib ki, İİB-yə üzv ölkələrdən 27-si ən az inkişaf etmiş ölkələrdir. Bu səbəbdən dayanıqlılığa investisiya qoyuluşu və humanitar, inkişaf və sülh istiqamətlərini birləşdirən yanaşma xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, İslam İnkişaf Bankı son beş ildə tərəfdaşları ilə birlikdə münaqişə və təbii fəlakətlərdən zərər çəkmiş 10 milyondan çox insana dəstək göstərib.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol