• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə çalışan həkimlərin yenidən rezidenturaya cəlbi sual doğurur - deputat

Xaricdə çalışan həkimlərin yenidən rezidenturaya cəlbi sual doğurur - deputat
19.06.2026 12:24

Xarici ölkələrdə təhsil almış və yüksək peşəkar hazırlığa malik mütəxəssislərin fəaliyyətə başlaması zamanı ixtisasların tanınması və sertifikasiyası sahəsində hüquqi qeyri-müəyyənliklər var. Bunu deputat Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, 2011-ci ildən əvvəl və sonrakı dövrlərdə tətbiq olunan mexanizmlər arasında fərqlər mövcuddur və son illərdə vahid, aydın prosedurların olmaması bir sıra çətinliklər yaradıb.

“Bu gün yüzlərlə azərbaycanlı həkim xaricdə yüksək səviyyədə təhsil və praktiki təcrübə qazanıb. Lakin onlar ölkəyə qayıtdıqdan sonra ixtisaslarının tanınması prosesində uzunmüddətli prosedurlar və ya hüquqi əsasların qeyri-müəyyənliyi ilə üzləşirlər. Bu məsələ yalnız inzibati problem deyil, həm də insan hüquqları, səhiyyə sistemində kadr təminatı və xaricdə yetişmiş mütəxəssislərin ölkəyə qayıdış strategiyası ilə bağlıdır”, - deputat vurğulayıb.

Rəşad Mahmudov qeyd edib ki, ona müraciət edən həkimlər arasında xaricdə nüfuzlu ali təhsil müəssisələrində oxumuş, peşəkar fəaliyyət göstərmiş şəxslər var. Onların ölkəyə qayıtdıqdan sonra peşə fəaliyyətinə başlamaqda çətinlik çəkməsi narahatlıq doğurur.

Deputat bildirib ki, xarici ölkələrdə klinik və akademik təcrübə qazanmış həkimlərin yenidən uzunmüddətli rezidentura və ya təkrar imtahan prosedurlarına cəlb olunması praktik baxımdan mübahisəli yanaşmadır.

Bununla yanaşı, o vurğulayıb ki, sui-istifadə hallarının qarşısının alınması üçün dövlət tərəfindən nəzarət mexanizmlərinin mövcudluğu vacibdir. Lakin bu, sistemin qapalı şəkildə fəaliyyət göstərməsi deyil, şəffaf, ölçülə bilən və hüquqi cəhətdən sabit sertifikasiya mexanizminin qurulması ilə təmin olunmalıdır.

“Əgər bir tərəfdən səhiyyə sistemində kadr çatışmazlığından danışırıqsa, digər tərəfdən hazır və ixtisaslı mütəxəssislərin sistemə inteqrasiyasını çətinləşdirməməliyik. Məqsəd ədalətli, şəffaf və proqnozlaşdırıla bilən mexanizmlərin formalaşdırılmasıdır”, - deputat əlavə edib.

Mahmudov hesab edir ki, bu sahədə islahatlar ölkədə həyata keçirilən sosial siyasətin prinsiplərinə uyğun olaraq davam etdirilməli və xaricdə təhsil almış mütəxəssislərin potensialından daha səmərəli istifadə olunmalıdır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol