• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Alqoritmlər bəzi qəza hallarında hamilə qadını “seçə” bilir

Deputat: Alqoritmlər bəzi qəza hallarında hamilə qadını “seçə” bilir
19.06.2026 12:54

Avtonom nəqliyyat vasitələri dünyanın bir çox ölkəsində hələ də tam formalaşmamış və mübahisəli istiqamətlərdən biridir. Bunu deputat Erkin Qədirli deyib. 

Deputat qeyd edib ki, avtonom nəqliyyat texnologiyaları ilə bağlı hüquqşünaslar və texnologiya mütəxəssisləri arasında uzun illərdir davam edən fikir ayrılıqları mövcuddur.

“Texnologiyalar sürətlə inkişaf edir, lakin hüquq sistemi bu dəyişikliklərə daha ehtiyatla yanaşır. Hüquqda ən gec inkişaf edən sahələrdən biri məhz yeni texnologiyaların tənzimlənməsidir”, – deyə o bildirib.

Qədirli vurğulayıb ki, avtomobil nəqliyyatı hüquqda “yüksək təhlükə mənbəyi” hesab olunur və buna görə də onun sahibləri xüsusi məsuliyyət daşıyırlar.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə avtomobil sahibinin təqsiri olmasa belə, nəqliyyat vasitəsinin vurduğu zərərə görə mülki məsuliyyət daşıması nəzərdə tutulur.

Deputat avtonom nəqliyyat vasitələrinin qərarvermə alqoritmləri ilə bağlı beynəlxalq müzakirələrin davam etdiyini qeyd edib.

“Avtonom nəqliyyat vasitələrinin sınaqları göstərir ki, onların qərarvermə mexanizmləri bəzən hüquqi və etik baxımdan ciddi suallar yaradır. Bu məsələlər hüquqşünaslar tərəfindən hələ də geniş müzakirə olunur”, - o vurğulayıb.

Erkin Qədirli bildirib ki, məqsədi qanun layihəsinə qarşı çıxmaq deyil, tətbiq prosesində yarana biləcək hüquqi problemlərə diqqət çəkməkdir.

O qeyd edib ki, müxtəlif sınaqlar zamanı avtonom nəqliyyat vasitələrinin insan qərarlarından fərqli seçimlər etdiyi müşahidə olunub.

“Testlərdə belə hallar araşdırılır: qarşıda hamilə qadın və yanında kiçik uşaq varsa, hansı seçim edilməlidir? Bəzi avtonom nəqliyyat sistemlərinin sınaqlarında alqoritmlər hamilə qadını seçir. Çünki onun alqoritimi düşünür ki, hamilə qadının uşağı hələ doğulmayıb.  Eyni zamanda yaşlı və gənc insan arasında seçim məsələsində də oxşar etik suallar yaranır”, – deputat bildirib.

Onun sözlərinə görə, insan belə vəziyyətlərdə daha az zərər yaradacaq qərarı seçə bilər, lakin avtomatlaşdırılmış sistemlərin hansı prinsiplə qərar verməli olduğu hələ tam həllini tapmayıb.

Qədirli vurğulayıb ki, çıxışının məqsədi qanun layihəsinə qarşı çıxmaq deyil, gələcək tətbiq zamanı hüquqi risklərə diqqət çəkməkdir.

“Texnologiyanın inkişafı cəmiyyət üçün vacibdir, amma hüquq və etik məsələlər kənarda qala bilməz. Qanun yalnız kağız üzərində yazılan normalardan ibarət deyil, real həyatda yaranan münasibətləri də tənzimləməlidir”, – deyə deputat əlavə edib.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol