• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik peyvənd tətbiqinin gecikməsinin səbəblərini açıqladı

Nazirlik peyvənd tətbiqinin gecikməsinin səbəblərini açıqladı
02.12.2013 18:36
“Azərbaycanda tətbiqinə başlanacaq 171 600 dozada yeni pnevmokok əleyhinə vaksinlər noyabrın 29-da ölkəmizə gətirilib.Peyvənd gətiriləndən sonra noyabrın 30-u və dekabrın 1-i qeyri-iş günlərinə düşdüyündən onları yerlərə paylamaq və tətbiqinə başlamaq mümkün olmayıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin dərman vasitələrinin alınması və rasional istifadəsi şöbəsinin müdiri Rəşidə Abdullayeva məlumat verib. O bildirib ki, hazırda mərkəzin anbarlarında saxlanılan vaksinlər sabahdan etibarən  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölgüsünə əsasən bütün rayon və şəhərlərə paylanacaq. R.Abdullayevanın sözlərinə paytaxtın 11 rayonunda yerləşən bütün GEM-ləri bu vaksinləri mərkəzdən əldə edə bilər: “Rayonlara isə vaksinlər xüsusi soyuducu ilə təchiz edilmiş maşınlar vasitəsilə çatdırılacaq. Vaksinlər yerlərə təqdim olunduqdan sonra respublika üzrə vaksinlərin tətbiqinə başlanacaq”. Qeyd edək ki, ilkin olaraq 2 aylığı tamam olan uşaqlar pnevmokok əleyhinə peyvəndə cəlb olunacaq. Sonradan isə bu peyvənd 4-6 aylıq uşaqlara da vurulacaq. Ümumiyyətlə, gələn ilin dekabr ayına kimi ölkədə 1 yaşına kimi bütün uşaqlara bu peyvənd tətbiq olunacaq. Bu müddət ərzində peyvənd 1 yaşa kimi olan 150 minə yaxın uşağı əhatə etməlidir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol