• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20.06.2026 11:07

Mingəçevir şəhərində özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Mingəçevir şəhər prokurorluğunda aparılan istintaqla Vasif Haqverdiyevin özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməklə onların pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində yoxlamalar aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin araşdırılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verib, bununla da onların hüquqlarının pozulmasına və prokurorluq orqanlarının nüfuzuna zərər vurub.

Toplanmış sübutlar əsasında V.Haqverdiyevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol