• $
  • €
  • ₽
  • ₺
  • £

Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb

Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
21.06.2026 22:05

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində motosiklet sürücülərinə qarşı reyd keçirilib.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub.Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd olunub ki,polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb.

Nazirlik bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol