• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində KT cihazlarının sayı 30-a düşüb

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində KT cihazlarının sayı 30-a düşüb
22.06.2026 12:37

Hazırda ölkə üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 30 ədəd kompüter tomoqrafiyası (KT) cihazı mövcuddur. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

"KT cihazlarının 11-i Bakı şəhərində, 19-u isə regionlarda yerləşən tibb müəssisələrində fəaliyyət göstərir. Radioloji tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə müasir tibbi texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir" - sorğuya cavabda deyilir. 

TƏBİB bildirir ki, əsas məqsəd bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz olunması deyil, pasiyentlərin radioloji xidmətlərə əlçatanlığının təmin edilməsi və vahid radioloji xidmət sisteminin formalaşdırılmasıdır.

Bununla yanaşı, TƏBİB-in 2025-ci ilin oktyabr ayında yerli mətbuatın sorğusuna verdiyi cavabda tabeliyində olan tibb müəssisələrində ümumilikdə 44 kompüter tomoqrafiyası cihazının mövcud olduğu bildirilmişdi.

Beləliklə, açıqlanan son rəqəmlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində KT cihazlarının sayının əvvəlki məlumatla müqayisədə 14 vahid az olduğunu göstərir. Qurum tərəfindən bu fərqin səbəbləri ilə bağlı əlavə izahat verilməyib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol