• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib

Nazirlik bu çimərliklərlə bağlı xəbərdarlıq edib
22.06.2026 13:10

Bakı, Lənkəran və Xaçmaz rayonlarında yerləşən bir sıra çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərinin normativ tələblərə uyğun olmaması səbəbindən çimmək müvəqqəti olaraq qadağan edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, laborator müayinələr zamanı bəzi ərazilərdən götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən olunub.

Monitorinqlər nəticəsində Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə normativdən kənar göstəricilər aşkarlanıb.

Məlumatda qeyd olunur ki, dəniz suyunun keyfiyyətinin pisləşməsi sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində baş verib.

Mövcud vəziyyət nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin çimərliklərdə, eləcə də ərazilərdə fəaliyyət göstərən qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Qərarın icrası ilə bağlı Bakı Şəhər, Lənkəran Şəhər və Xaçmaz Rayon İcra hakimiyyətləri, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları məlumatlandırılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol