• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərin qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlar başlayıb

Ali məktəblərin qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlar başlayıb
22.06.2026 18:09

İyunun 22-dən Azərbaycanda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarına başlanılıb.Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

DİM-in məlumatına görə, ilk imtahanlar Bakıdakı 286 nömrəli tam orta məktəbdə təsviri sənət istiqamətinin 15-ci (dekorativ-tətbiqi sənət), 189-190 nömrəli tam orta məktəbdə xoreoqrafiya sənəti istiqamətinin 53-cü və Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqamətinin 62-ci komissiyaları üzrə keçirilir. İdman istiqaməti üzrə imtahanlar ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman və adaptiv bədən tərbiyəsini əhatə edir.

Mərkəz bildirib ki, abituriyentlər və subbakalavrlar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni təqdim etməlidirlər.

İdman istiqaməti üzrə imtahan iştirakçılarından idman geyimi və U086 formalı tibbi arayış, xoreoqrafiya sənəti ixtisasına müraciət edənlərdən isə rəqs geyimi və sağlamlıq haqqında tibbi arayış tələb olunur.

DİM həmçinin qeyd edib ki, mobil telefonda saxlanılan musiqi fayllarının imtahan binasına gətirilməsinə icazə verilmir. Abituriyentlər musiqi fayllarını fləşkart və ya diskdə təqdim etməlidirlər və faylların texniki yararlılığına görə özləri məsuliyyət daşıyırlar.

Qurum abituriyentlərə qəbul olmaq istədikləri ixtisaslara uyğun proqramlarla əvvəlcədən tanış olmağı tövsiyə edib. Qabiliyyət imtahanlarının qrafikinin mütəmadi yeniləndiyi və yeni tarixlərin müəyyənləşdikcə cədvələ əlavə ediləcəyi bildirilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol