• $
  • €
  • ₽
  • ₺
  • £

Ana ölümlərinə görə 9 həkim işdən azad olundu

Ana ölümlərinə görə 9 həkim işdən azad olundu
02.12.2013 16:43
Bu il ərzində Azərbaycanda doğuş zamanı qeydə alınan ana ölümü hadisələrinin sayı ötən illərlə müqayisədə azalıb.Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva APA-ya açıqlamasında bildirib ki, bu ilin 11 ayı ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi baş verib. Onun sözlərinə görə, 2011-ci il ərzində qeydə alınan ana ölümü hadisələrinin sayı 26, 2012-ci ildə isə 25 olub. L. Rzaquliyeva qeyd edib ki, hadisələr Bakıya nisbətən rayonlarda daha çox qeydə alınıb: “Baş verən hadisələrdən yalnız 2-si hələ ki, araşdırılmayıb. Həmin hadisələrin araşdırılması üçün hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq nəticələrini gözləyirik. Onlar komissiyaya daxil olduqdan sonra məsələyə bu həftə ərazində baxılacaq”. L. Rzaquliyeva vurğulayıb ki, ölkədə baş verən hər bir ana ölümü hadisəsinin səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır. Onun sözlərinə görə, araşdırma nəticəsində hadisənin həkim səhvi və ya işin təşkilində yol verilən səhvlər ucbatından baş verməsinin səbəbləri öyrənilir: “Araşdırma nəticəsində hadisə həkim səhvindən baş verirsə, müvafiq cəza tədbirləri görülür, onlar işdən çıxarılır. İşin təşkilində səhv yol verildiyi halda baş mama-ginekoloq, şöbə müdiri və bütün cavabdeh şəxslər işdən azad edilir. Bizim komissiyada araşdırma aparıldıqdan sonra yekun qərar qəbul edilir, onun icrasına isə nazirliyin tibbi yardımın təşkili şöbəsi nəzarət edir. Bu il ərzində aparılan araşdırmalar nəticəsində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkim isə işdən azad olunub”. Komissiya sədri Azərbaycanda hər bir ana ölümü ilə bağlı halların araşdırılması və yekun rəyin verilməsi üçün nə qədər zamanın tələb olunması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, hadisədən sonra meyit təşrih olunursa, patoloji anatomiyanın nəticəsi bir az zaman alır: “Histoloji müayinə və patoloji anatomiyanın nəticələri 10-14 gün ərzində məlum olur. Lakin təşrihə icazə verilmədikdə, komissiyada məsələ müzakirə edilir və ölümün səbəbləri ilə bağlı yekun qərar sənədlər əsasında çıxarılır. Qanunla ölənin ailəsinin ixtiyarı var ki, cəsədin təşrihinə icazə verməsin. Belə olanda onlar öz meyitlərini aparır və biz çətin vəziyyətdə qalırıq. Sənədlərə əsasən apardığımız vəziyyəti araşdıraraq yekun qərara gəlirik. Bəzən mürəkkəb məsələ olanda proses uzana bilər. Amma ən çox halda 1 ay müddətində Doğuşayardım Komissiyası tərəfindən baş vermiş ana ölümü ilə bağlı yekun nəticə barədə məlumat vermək olur”.     ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol