Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb

Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.
"Report"un məlumatına görə, qalıqlar rayonun Baş Qərvənd kəndi ərazisində tapılıb.
Sümük qalıqları ərazidə aparılan qazıntı işləri zamanı aşkar edilib.
Faktla bağlı müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























