• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı
23.06.2026 21:18

Azərbaycanda bəzi sürücülərin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq cihazları quraşdırması və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə etməsi halları müşahidə olunur.Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, avtomobillərin işıq sistemlərinə qanunsuz müdaxilə qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini məhdudlaşdırır, diqqətin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələri riskini artırır.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən profilaktik tədbirlər zamanı bu qayda pozuntularına yol verən sürücülər müəyyən edilərək barələrində inzibati protokollar tərtib olunur. Sosial şəbəkələrdə bu cür qanunsuz hərəkətləri paylaşan sürücülərin də məsuliyyətə cəlb edildiyi bildirilib.

Cari ildə Sumqayıtda bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 196 sürücü barəsində inzibati protokol tərtib edilib.

DİN sürücüləri yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etməyə çağırıb və bildirib ki, nəzarət və profilaktik tədbirlər davam etdiriləcək.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol