• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK dərsliklərin yenidən monitorinqini aparır

TQDK dərsliklərin yenidən monitorinqini aparır
02.12.2013 15:06
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil fənləri üzrə orta məktəb dərsliklərinin monitorinqini aparır.TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, hazırda orta məktəblərin II, IV və VI sinif dərsliklərinin müzakirəsi həyata keçirilir. Onun sözlərinə görə, ilkin olaraq 2013-cü ildə təkrar və müəyyən faizlə çap olunmuş II və IV sinif dərsliklərinə bir daha baxılır və onun müzakirəsi yenidən aparılır: “Bu dərsliklərdə hələ keçən il yekun rəydə bizim qeyd etdiyimiz iradlar və təkliflərin hamısı düzəlməyib. Dərslik tam tirajla çap olunmadığından bunlar nəzərə alınmayıb. Çünki dərsliklər yalnız tam tirajla çap olunanda iradlar nəzərə alınır. Yeni fikirləri nəzərdən keçirmək, keçən ilkiləri korrektə etmək, əlavələr, orfoqrafik, stilistik vəziyyətə baxmaq üçün işlər davam edir”. A.Batıyeva qeyd edib ki, bu il kurikulum əsasında hazırlanan yeni VI sinif dərslikləri monitorinqinin aparılması üçün komissiyada işçi qrupları yaradılıb. Buraya xeyli təkliflərin  daxil olduğunu deyən TQDK rəsmisi vurğulayıb ki, yarım il ərzində keçirilən materialların (sentyabrın 15-dən dekabr ayına kimi olan) işçi qruplarında müzakirəsi keçirilib: “Həmin materiallar da Təhsil Nazirliyinə göndərilib. Ancaq VI sinif dərslikləri üzrə açıq və geniş müzakirələrin fevral ayından başlanması nəzərdə tutulur”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol