• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Həsənli BDU-dan ÇIXARILDI

Cəmil Həsənli BDU-dan ÇIXARILDI
02.12.2013 14:14
Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. O, “Media forum” saytına bildirib ki, sentyabr ayından universitetə getmir: “2011-ci ildə könülü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim.Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan isə universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm.Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. İndi bu imkandan məhrum edilməyimə təəssüflənirəm”.Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması, seçki dövründə etdiyi çıxışlarda hakimiyyəti sərt tənqid etməsi, ölkədəki korrupsiya və rüşvətxorluqla bağlı faktlar açıqlaması və bunu edən şəxslərin adlarını çəkməsi ilə bağlıdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol