• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: fırıldaqçılıq yolu ilə vətəndaşların adına şirkət açanlara qarşı nəzarət gücləndirilməlidir

Deputat: fırıldaqçılıq yolu ilə vətəndaşların adına şirkət açanlara qarşı nəzarət gücləndirilməlidir
30.06.2026 13:12

Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyətində sənədləşmə və nəzarət mexanizmləri gücləndirilməli, vətəndaşların adından qanunsuz şirkət yaradılması və maliyyə fırıldaqlarının qarşısı alınmalıdır.

Deputatın sözlərinə görə, sahibkarlar ilk növbədə qanunvericiliyin tələblərinə əməl etməli, biznes fəaliyyətini şəffaf şəkildə qurmalıdırlar. O qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsində investisiya layihələri ciddi sənədləşmə və nəzarət mexanizmləri əsasında həyata keçirilir.

Novruzov bildirib ki, tikinti sektorunda da sənədləşmə işlərinin gücləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlardan vəsait toplanmasına baxmayaraq tikinti layihələri başa çatdırılmır, nəticədə insanlar zərər çəkirlər.

Deputat qanun layihəsində əksini tapan vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə onların adlarına qanunsuz şirkətlər yaradılması hallarına da diqqət çəkib.

Onun sözlərinə görə, bəzi şəxslər vətəndaşların xəbəri olmadan onların adına şirkətlər qeydiyyatdan keçirir və sonradan həmin şəxslər iri məbləğdə vergi borcları ilə üzləşirlər.

"Bəzən vətəndaş yalnız vergi orqanından borc bildirişi aldıqda və ya ölkədən çıxmaq istəyərkən onun adına şirkət açıldığını öyrənir. Halbuki həmin şəxs sahibkarlıq fəaliyyəti ilə ümumiyyətlə məşğul olmayıb", - deputat bildirib.

Novruzov əlavə edib ki, internet resurslarından istifadə etməklə həyata keçirilən qanunsuz maliyyə əməliyyatları və kiberdələduzluq halları da ciddi narahatlıq doğurur. Onun fikrincə, pensiyaçıların və digər vətəndaşların bank hesablarından vəsaitlərin qanunsuz mənimsənilməsi hallarına qarşı hüquqi məsuliyyət sərtləşdirilməli, dövlət ilk növbədə vətəndaşların hüquqlarının qorunmasını təmin etməlidir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol