• $
  • €
  • ₽
  • ₺
  • £

Samuxda baş vermiş qəza nəticəsində DSX-nin hərbi qulluqçusu həlak olub - Yenilənib

Samuxda baş vermiş qəza nəticəsində DSX-nin hərbi qulluqçusu həlak olub - Yenilənib
01.07.2026 22:49

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Samux rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

DSX-nin məlumatına görə, hadisə iyulun 1-də baş verib. Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına düşüb.

Qurum bildirib ki, məlumat daxil olduqdan sonra DSX və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparıblar. Əməliyyat nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.

***

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə Mingəçevir Su Anbarının Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, "MAZ" markalı yük avtomobili aşıb. Nəticədə bir nəfər suda boğularaq ölüb, daha iki nəfər isə sudan çıxa bilib.

Həlak olan şəxsin Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol