• $
  • €
  • ₽
  • ₺
  • £

Öpüşmə və evlilik təklifi edən cütlük həbs olunub

Öpüşmə və evlilik təklifi edən cütlük həbs olunub
02.07.2026 11:49

Rusiyalı alpinistlər Angela Nikolau və İvan Birkus ABŞ-ın Nyu-York şəhərində yerləşən Empire State binasının qülləsinə icazəsiz dırmaşaraq sülh çağırışı əks olunan banner açıblar, daha sonra isə polis tərəfindən saxlanılıblar.

Cütlük 443 metr hündürlükdə yerləşən antenaya qalxaraq üzərində "Sevginin gücü güc sevgisinə qalib gələndə dünya sülhü tanıyacaq" sözləri yazılmış banner nümayiş etdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təhlükəsizlik kəmərindən istifadə etməyən alpinistlərin antenanın dar platformasında dayandıqları, bir-birlərini öpdükləri və daha sonra nişanlandıqları görünür.

Hadisədən sonra cütlük hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlara qarşı irəli sürülən ittihamlar barədə rəsmi məlumat açıqlanmayıb.

Angela Nikolau və İvan Birkus yüksək binalara və digər hündür tikililərə icazəsiz dırmaşmaları ilə tanınırlar. Onların fəaliyyəti 2024-cü ildə yayımlanan "Skywalkers: A Love Story" adlı Netflix sənədli filminin mövzusu olub. ABŞ-da hündür binalara icazəsiz daxil olmaq və onlara dırmaşmaq təhlükəsizlik qaydalarının pozulması hesab edilir və inzibati və ya cinayət məsuliyyəti yarada bilər.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol