• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bağçalara elektron qəbul iyulun 7-dən başlayır

Azərbaycanda bağçalara elektron qəbul iyulun 7-dən başlayır
02.07.2026 12:22

Azərbaycanda 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesinə iyulun 7-dən başlanılacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan isə Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılması açılacaq.

Nazirlik bildirib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.

Bu il ilk dəfə qəbul prosesi "myGov" platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr "myGov" kabinetində "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçərək elektron müraciət edə biləcəklər.

Qəbul qaydalarına əsasən, bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılan növbə boş yer olduğu halda minimum beş gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideynlər yeddi gün ərzində tələb olunan sənədləri müvafiq təhsil müəssisəsinə təqdim etməlidirlər. Bu müddətdə sənədlər təqdim edilmədiyi halda sorğu ləğv ediləcək və növbə digər uşağa keçəcək.

Nazirlik əlavə edib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib və onlar 2026–2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmayacaq.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol