• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ uşaqlar üçün sosial şəbəkələrə yaş məhdudiyyəti hazırlayır

Aİ uşaqlar üçün sosial şəbəkələrə yaş məhdudiyyəti hazırlayır
02.07.2026 13:16

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrda Avropa İttifaqı (Aİ) üzrə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin müəyyən edilməsini nəzərdə tutan təşəbbüsü təqdim etməyi planlaşdırır. Bu barədə Euractiv portalı məlumat yayıb.

Məlumata görə, fon der Leyen təşəbbüsü sentyabrın 16-da Aİ-nin vəziyyətinə dair illik müraciəti zamanı açıqlaya bilər. Təklif rəqəmsal platformaların müəyyən olunacaq yaş həddindən aşağı istifadəçilər üçün hesab yaradılmasının qarşısını almağa yönəlmiş ümumavropa qaydalarının hazırlanmasını nəzərdə tutur.

Hazırda təşəbbüsün yekun forması müəyyənləşdirilməyib. Avropa Komissiyası minimum yaş həddinin neçə olacağı, həmçinin yaşın məcburi təsdiqi və ya valideyn razılığı mexanizmlərinin tətbiq edilib-edilməyəcəyi ilə bağlı qərar verməyib.

Euractiv yazır ki, uşaqların onlayn mühitdə qorunmasına dair ekspert qrupunun tövsiyələri iyulun 13-də təqdim ediləcək və gələcək qanunvericilik təşəbbüsləri üçün əsas rolunu oynayacaq.

Yetkinlik yaşına çatmayanların internetdə təhlükəsizliyinin gücləndirilməsi Ursula fon der Leyenin ikinci prezidentlik müddətinin əsas prioritetlərindən biri hesab olunur.

Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan da daxil olmaqla bir sıra Aİ ölkələri artıq uşaqların sosial şəbəkələrdən istifadəsinə dair milli məhdudiyyətlər hazırlayır.

2024-cü ildə Avstraliya 16 yaşdan aşağı şəxslərin əsas sosial şəbəkələrdə hesab açmasını qadağan edən qanun qəbul edən ilk ölkə olub. Avropa Komissiyası isə hazırda uşaqların rəqəmsal platformalarda müdafiəsini gücləndirmək üçün Aİ üzrə vahid yanaşma üzərində işləyir.

Hazırda Azərbaycanda da qanunla uşaqların sosial şəbəkələrə girişi ilə bağlı layihə Milli Məclisdə müzakirə edilir. Qanun layihəsi qəbul olunduqdan bir il müddətində icrasına başlanılacaq.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol