• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək

Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək
04.07.2026 11:19

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 6-da Özbəkistana səfərə yola düşəcək.Bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, Səfərdə məqsəd İSESCO və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə 7-11 iyul tarixlərində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində keçiriləcək "İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu" mövzusunda I Beynəlxalq İslam Forumunda iştirakdır.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti ilə baş tutan səfər çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur.

XXI əsrdə həyata keçirilmis ən böyük humanitar va mədəni-maarif layihələrinden biri olan Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Forum, Səmərqənddə yeni Imam al-Buxari Memorial Kompleksinin açılışı, İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam al-Maturidi adına Beynəlxalq Tədqiqat Mərkəzləri ilə tanışlıq, bu şəxsiyyətlərin mənəvi, elmi və intellektual irsinə həsr olunmus 3 beynəlxalq konfrans və digər tədbirlər səfər proqramına daxildir.

Beynəlxalq İslam Forumu İslam dünyasının XXI əsrin yeni beynəlxalq humanitar platforması kimi nəzərdə tutularaq, sülh mədəniyyətinin, qarsılıqlı hörmət, sivilizasiyalararası dialoq və beynəlxalq humanitar əməkdaslığın möhkəmləndirilməsinə yönəlmisdir. Tədbirdə Islam dünyasının aparici din alimləri, akademikləri, beynəlxalq təskilatların, muzeylərin, kitabxanaların, tədqiqat mərkəzlərinin, universitetlərin, dövlət orqanlarının və iri miqyaslı humanitar qurumların nümayəndələri İslam sivilizasiyasının qlobal intellektual, elmi və mədəni irsə görkəmli töhfələrini, həmçinin, elm, fəlsəfə, təhsil, incəsənət, mənəviyyat və humanitar fikrin inkisafindaki rolunu müzakirə edəcəklər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol