Sabirabadda avtomobilin vurduğu piyada ölüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.
Şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























