• $
  • €
  • ₽
  • ₺
  • £

Nepalda vəhşi fil 14 ildən sonra eyni ailəyə yenidən hücum edib

Nepalda vəhşi fil 14 ildən sonra eyni ailəyə yenidən hücum edib
06.07.2026 17:04

Nepalda ən azı 25 nəfərin ölümünə səbəb olduğu bildirilən "Dhurbe" adlı vəhşi fil 14 il əvvəl hücum etdiyi eyni ailəni yenidən hədəfə alıb. Hücum nəticəsində bir qadın və onun 4 yaşlı övladı həlak olub. Bu barədə The Kathmandu Post qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə bazar günü baş verib. Ailə başçısı Şaniçara Bote bildirib ki, həmin fil 2012-ci ildə onun valideynlərini öldürdükdən sonra ailə təhlükəsizlik məqsədilə başqa kəndə köçsə də, 14 il sonra eyni heyvan yeni yaşayış yerində onların evinə hücum edib.

"Vəhşi fillərdən xilas olmaq üçün hər şeyimizi satıb başqa kəndə köçdük. Düşünürdük ki, böyük çayları keçdikdən sonra təhlükəsiz olacağıq. Amma eyni fil gəlinimi və kiçik nəvəmi öldürdü. Qaçacaq yerimiz yoxdur", – Bote qəzetə deyib.

Qəzetin yazdığına görə, Çitvan Milli Parkında yaşayan Dhurbe 2010-cu ildən bəri yaşayış məntəqələrinə hücum edir. Bu müddətdə onun hücumları nəticəsində, parkın mühafizəsində çalışan iki hərbçi də daxil olmaqla, ən azı 25 nəfər həyatını itirib.

Hakimiyyət orqanları filin hərəkətlərini izləmək üçün əvvəlcə ona geolokasiya qurğusu taxsa da, cihaz qısa müddət sonra sıradan çıxıb. 2012-ci ildə heyvanın tutulması və zərərsizləşdirilməsi üçün Nepal ordusunun iştirakı ilə əməliyyat keçirilsə də, bu cəhd uğursuz olub.

2019-cu ildə filin dişləri kəsilib və ona yeni peyk izləmə qurğusu taxılıb. Hazırda heyvan yaşayış məntəqələrinə yaxınlaşdıqda, milli parkın əməkdaşları və Nepal ordusunun patrulları onu meşənin dərinliklərinə qaytarmağa çalışırlar.

Çitvan Milli Parkının informasiya və mühafizə üzrə rəsmisi Abinaç Thapa Maqar bildirib ki, bu aqressiv erkək filin hərəkətləri peyk sistemi vasitəsilə fasiləsiz izlənilir.

Nepalda insan-vəhşi heyvan qarşıdurması, xüsusilə fillərin yaşayış məntəqələrinə daxil olması meşələrin daralması və yaşayış sahələrinin genişlənməsi fonunda son illər ciddi problemlərdən biri hesab olunur. Dhurbe ölkədə insanlara ən çox ölümcül hücum edən fillərdən biri kimi tanınır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol