• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Səhiyyə nazirinə yeni müavin təyin edilib
07.07.2026 10:23

Səhiyyə nazirinə yeni müavin təyin edilib. bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

Məlumata görə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.


Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.
O, dövlət və korporativ səviyyədə uzunmüddətli informasiya texnologiyaları strategiyalarının hazırlanması və uğurla həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Peşəkar fəaliyyətinin əsas istiqamətlərinə strateji planlaşdırma, böhran idarəçiliyi, eləcə də genişmiqyaslı institusional dəyişikliklər şəraitində kompleks layihələrin idarə olunması daxildir.


Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.


Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol