• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA 2025-ci ildə çörək istehsal edən 25 müəssisənin fəaliyyətini dayandırıb

AQTA 2025-ci ildə çörək istehsal edən 25 müəssisənin fəaliyyətini dayandırıb
07.07.2026 11:15

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ildə çörək istehsalı müəssisələrində apardığı yoxlamalar zamanı ciddi pozuntular aşkar edilən 25 müəssisənin fəaliyyətini dayandırıb. Bu barədə agentlik anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

Məlumata görə, il ərzində ölkə üzrə fəaliyyət göstərən 141 çörək istehsalı müəssisəsində 163 yoxlama aparılıb.

Yoxlamalar zamanı əsasən sanitar-gigiyenik qaydaların pozulması, məhsulların izlənmə sisteminin olmaması və qanunvericiliyin tələblərinə uyğun etiketlənmənin təmin edilməməsi kimi nöqsanlar aşkarlanıb. Pozuntuya yol vermiş sahibkarlıq subyektləri barəsində inzibati tənbeh tədbirləri görülüb və icrası məcburi göstərişlər verilib.

AQTA bildirib ki, fəaliyyəti məhdudlaşdırılan 25 müəssisədən 14-də nöqsanlar aradan qaldırıldıqdan sonra istehsalın bərpasına icazə verilib.

Agentliyin məlumatına əsasən, nəzarət tədbirləri çərçivəsində 41 müəssisədə istehsal olunan çörəkdən nümunələr götürülərək minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələr aparılıb. Sınaqların nəticələrinə görə, məhsullarda hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol