• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: maliyyə piramidaları vətəndaşların etimadını sarsıdıb

Deputat: maliyyə piramidaları vətəndaşların etimadını sarsıdıb
07.07.2026 12:13

Azərbaycanda vətəndaşların yeni maliyyə alətlərinə qarşı ehtiyatlı yanaşması təbiidir. Bunu deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bunun səbəbi keçmişdə müxtəlif maliyyə piramidaları və saxta investisiya layihələri ilə bağlı yaşanan mənfi təcrübələrdir.

Müşfiq Cəfərov bildirib ki, qanunun işlək olması üçün vətəndaşlara onların vəsaitinin necə qorunacağı barədə aydın və konkret təminatlar verilməlidir.

"Biz "bu layihə innovativdir" deməklə kifayətlənməməli, vətəndaşa "sizin pulunuz necə qorunur?" sualının konkret cavabını təqdim etməliyik", - deputat vurğulayıb.

O qeyd edib ki, beynəlxalq təcrübədə Kraudfandinq -in uğurunu təmin edən əsas amil rəqəmsallıq deyil, dövlət tərəfindən yaradılan etibarlı nəzarət mexanizmləridir.

Deputat bu baxımdan Malayziya və Fransa təcrübələrini nümunə göstərib.

Onun sözlərinə görə, Malayziyada Kraudfandinq platformalarında fəaliyyət göstərən operatorların və layihə müəlliflərinin məhkəmə keçmişi, işgüzar nüfuzu, hətta sosial media reputasiyası belə maliyyə tənzimləyicisi tərəfindən yoxlanılır və hər hansı risk aşkar edilərsə, layihənin fəaliyyətinə icazə verilmir.

Fransada isə Kraudfandinq vasitəsilə vəsait toplayan şirkətlər topladıqları vəsaitin xərclənməsi barədə platformalarda mütəmadi və ətraflı hesabat təqdim edirlər ki, bu da investor etimadını artırır.

Deputat bildirib ki, Azərbaycan qanunvericiliyində də vətəndaşların maraqlarının qorunmasına xidmət edən əsas mexanizmlər nəzərdə tutulub.

Onun sözlərinə görə, bunlardan birincisi, platformaların fəaliyyətinə ciddi dövlət nəzarətidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı operatorları xüsusi reyestrdə qeydiyyata alacaq, onların təsisçilərinin və benefisiar sahiblərinin işgüzar nüfuzunu qiymətləndirəcək.

İkinci mühüm mexanizm xüsusi, dondurulmuş hesablar sistemidir. Deputat qeyd edib ki, vətəndaşların yatırdığı vəsait birbaşa layihə sahibinə ötürülməyəcək. Vəsait bank hesabında saxlanılacaq və layihə müəyyən edilmiş maliyyə hədəfinə çatmadıqda və ya öhdəliklər yerinə yetirilmədikdə, qanunvericiliyə uyğun olaraq investorlara geri qaytarılacaq.

Müşfiq Cəfərov əlavə edib ki, qanun layihəsində investorların emosional qərarlarının qarşısını almaq üçün əlavə təminat da nəzərdə tutulur. Belə ki, vətəndaş layihəyə investisiya etdikdən sonra müəyyən edilmiş yeddi günlük müddət ərzində heç bir cərimə ödəmədən qərarını dəyişə və vəsaitini geri ala biləcək.

Deputatın sözlərinə görə, əsas məqsəd yalnız yeni qanun qəbul etmək deyil, Azərbaycanda rəqəmsal investor mədəniyyətinin formalaşdırılmasıdır.

"Vətəndaş əmin olmalıdır ki, onun sərbəst vəsaiti dövlət tərəfindən tənzimlənən hüquqi mexanizmlər çərçivəsində ölkənin real sektoruna, kənd təsərrüfatına və innovativ layihələrə yönəldilə bilər. Bu, həm investora, həm də ölkə iqtisadiyyatına fayda verəcək", - Müşfiq Cəfərov bildirib.

O vurğulayıb ki, qanun layihəsi Azərbaycanda şəffaf, tənzimlənən və risklərin minimuma endirildiyi yeni maliyyə ekosisteminin formalaşması üçün hüquqi baza yaradacaq.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol