• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa rəqəmsal təhlükəsizlikdə gecikmələrin risklərinə diqqət çəkib

Fazil Mustafa rəqəmsal təhlükəsizlikdə gecikmələrin risklərinə diqqət çəkib
07.07.2026 13:02

Əvvəlki dövrlərdə müəyyən sahələrdə illərlə gecikmək mümkün idisə, rəqəmsal texnologiyalar dövründə hətta bir gün və ya bir saatlıq gecikmə belə ölkənin inkişafına ciddi təsir göstərə bilər. Bunu deputat Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, bu sahənin prioritet kimi müəyyənləşdirilməsi yaxın vaxtlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanin rəhbərliyi ilə aidiyyəti qurumların iştirakı ilə keçirilən müşavirədə də vurğulanıb və bundan sonra qanun layihələrinin operativ şəkildə parlamentə təqdim olunması dövlətin məsələyə verdiyi önəmi göstərir.

Fazil Mustafa bildirib ki, müasir dövrdə təhlükəsizlik yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. Onun sözlərinə görə, Azərbaycanın informasiya məkanına müxtəlif xarici təsirlər yönəlir və bu səbəbdən rəqəmsal təhlükəsizlik imkanlarının gücləndirilməsi vacibdir.

Deputat rəqəmsal tədqiqatların inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, bu prosesdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları da iştirak etməlidir. O qeyd edib ki, beynəlxalq təcrübədə QHT-lər rəqəmsal təhlil və informasiya təhlükəsizliyi sahəsində tənzimləyici qurumlara dəstək verir və Azərbaycanda da bu istiqamətdə ixtisaslaşmış təşkilatların fəaliyyətinin təşviq olunması məqsədəuyğundur.

Çıxışında Konstitusiyada təsbit olunan dünyəvilik prinsipinə də toxunan deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dünyəvi dövlət prinsipinin qorunması da strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, xaricdən müxtəlif ideoloji təsirlər müşahidə olunur və rəqəmsal mühitdə bu cür çağırışlara qarşı həssas yanaşma nümayiş etdirilməlidir.

Fazil Mustafa əlavə edib ki, rəqəmsal texnologiyalarla bağlı qanunvericilik hazırlanarkən informasiya təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın dünyəvi dövlət prinsiplərinin rəqəmsal mühitdə qorunması məsələsi də diqqətdə saxlanılmalıdır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol