• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda irimiqyaslı qəza - YENİLƏNİB - 2

Bakıda irimiqyaslı qəza - YENİLƏNİB - 2
01.12.2013 02:47

Bakının Ziya Bünyadov prospektində ağır qəza törədən yük maşınının sürücüsünün şəxsiyyəti müəyyənləşib.

Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Eldar Abdullayevin verdiyi məlumata görə, qəza törədən yük maşınını 1960-cı il təvəllüdlü Əliməmmədov Eldar Həsən oğlu idarə edib. O, izahatında bildirib ki, avtomobilin əyləc sistemi işləmədiyindən qəza törədib. Müstəntiq sürücünün sərxoş olduğunu təsdiqləyib.

 

Müstəntiq bildirib ki, qəza nəticəsində xəstəxanaya üç nəfər yerləşdirilib. Bunlar Cəfərova Nigar Xasay qızı, 1989-cu il təvəllüdlü Zeynalov İlkin Pərviz oğlu və 1966-cı il təvəllüdlü Novruzova Kəmalə Kamal qızıdır. Digər zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

**** 23.32

 

Yük maşınının sürücüsü saxlanılıb. Qəza törədən sürücü sərxoş olub.

 

Əzilmiş avtomobillərin sahibləri ona hücum ediblər. Polis əməkdaşları sürücünün təhlükəsizliyini təmin ediblər. Sürücü hazırda Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinə aparılır. 

 

**** 23.18

 

Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb.

 

Yük maşını daha sonra özü də aşıb.

 

Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər.

 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər.

 

Yaralılar xəstəxanaya aparılıb.

 

Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb.

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol