• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Bakı və Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq

Sabah Bakı və Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq
08.07.2026 23:09

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 9-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Bu barədə  "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayonun Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Nizami RETSİ-nin ərazisində həyata keçirilən təmir-təftiş işləri zamanı Keşlə qəsəbəsi Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi əraziləri saat 10:00-dan 14:00-dək gərginliksiz qalacaq.

Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində isə saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-ci–7-ci döngələrində enerjinin verilişində fasilə olacaq.

Səbail RETSİ-nin ərazisində 400 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) 630 kVA gücündə yeni KTM ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi 3-cü yaşayış massivini əhatə edəcək.

Təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol