• $
  • €
  • ₽
  • ₺
  • £

Bu meyvə şirələrində uyğunsuzluqlar aşkarlanıb

Bu meyvə şirələrində uyğunsuzluqlar aşkarlanıb
09.07.2026 15:47

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.

Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb.

Uyğunsuzluqlar "Göyçay Süd" ASC, "Drop Be-Az" MMC, "İmperial 01" MMC və "LG Konserv" MMC-yə məxsus məhsullarda müəyyən edilib.

Bundan əlavə, "İmperial 01" MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol