Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub

Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğularaq ölüb.
Hadisə Mingəçevir Su Anbarının ərazisində yerləşən çimərlikdə baş verib.
İlkin məlumata görə, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Rəşad Rövşən oğlu Çərkəzli çimərlikdə çimərkən suda boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























