• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib

Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
13.07.2026 12:06

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib və səhiyyə naziri Teymur Musayevlə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, eləcə də onların genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Teymur Musayev bildirib ki, Azərbaycan və Rusiya arasında tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi tədqiqatlar, rəqəmsal səhiyyə və ictimai səhiyyə istiqamətlərində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar mövcuddur.

Mixail Muraşko isə Rusiya tərəfinin səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına töhfə verə bilər.

Tərəflər görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar və səhiyyə sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsi niyyətini ifadə ediblər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol