• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA: Bir həftədə azad edilmiş ərazilərdə 114 mina və 237 partlamamış sursat zərərsizləşdirilib

ANAMA: Bir həftədə azad edilmiş ərazilərdə 114 mina və 237 partlamamış sursat zərərsizləşdirilib
13.07.2026 15:11

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iyulun 6-dan 12-dək aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 114 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilir.

Məlumata görə, aşkar edilən sursatlar arasında 60 tank əleyhinə mina, 54 piyada əleyhinə mina və 237 partlamamış hərbi sursat (PHS) olub. Həmin dövrdə ümumilikdə 1 421,8 hektar ərazi minalardan və partlayıcı qalıqlardan təmizlənib.

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

İkinci Qarabağ müharibəsinin 2020-ci ildə başa çatmasından sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, zərərçəkənlərin 143-ü mülki şəxslərdir.

Qlobal statistikaya görə isə mina qurbanlarının 84 faizini mülki şəxslər təşkil edir. Mülki qurbanların 37 faizi uşaqlar, ümumi mina qurbanlarının isə 81 faizi kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol