Oğuzda 28 yaşlı kişinin meyiti evində aşkarlanıb

Oğuz rayonunda 28 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.
Hadisə rayonun Ərmənət kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Coşqun Babayevin meyiti yaxınları tərəfindən yaşadığı ünvanda aşkar edilib.
Ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























