• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
13.07.2026 20:27

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.

Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol