• $
  • €
  • ₽
  • ₺
  • £

Bilgəh Modul Tipli Xəstəxanada növbə problemi - pasiyentlər narazıdır

Bilgəh Modul Tipli Xəstəxanada növbə problemi - pasiyentlər narazıdır
14.07.2026 11:55

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Bilgəh Modul Tipli Xəstəxanaya müraciət edən bəzi vətəndaşlar həkim qəbuluna düşmək üçün saatlarla növbə gözlədiklərini bildirirlər.

ATV-nin məlumatına görə, sakinlər səhər saatlarından xəstəxanaya gəlsələr də, günün ikinci yarısına qədər müayinə növbəsinin çatmadığını deyirlər. Onların sözlərinə görə, xəstəxanada növbə sistemi və həkim sayı ilə bağlı problemlər səbəbindən gözləmə müddəti 5 saata qədər uzanır.

Vətəndaşlar bildirirlər ki, Respublika Klinik Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə əlaqədar bəzi şöbələrin müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülməsi, eləcə də müxtəlif rayonlardan gələn pasiyentlərin müraciəti sıxlığın artmasına səbəb olub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, Respublika Klinik Xəstəxanasının inzibati binasında aparılan əsaslı təmir işləri səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülüb.

Qurumun məlumatına görə, Bilgəh korpusuna müraciət edənlərin əksəriyyətini əlilliklə bağlı ilkin və təkrar müayinəyə gələn nevroloji profilli pasiyentlər təşkil edir və bu səbəbdən əlilliyi olan şəxslərin sayı yüksəkdir.

TƏBİB qeyd edib ki, xəstəxanada qəbul mövcud qaydalara uyğun növbə ardıcıllığı ilə həyata keçirilir, növbədənkənar qəbul isə yalnız qanunvericilikdə nəzərdə tutulan imtiyazlı kateqoriyalara şamil olunur. Qurum əlavə edib ki, bəzi günlərdə müraciətlərin artması gözləmə müddətinin uzanmasına səbəb olsa da, pasiyentlərin qəbulunun operativ təşkili üçün zəruri tədbirlər görülür.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol