• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənd kəndində torpaqların güzəştli icarəsi üçün müraciətlərə başlanıldı

Xocavənd kəndində torpaqların güzəştli icarəsi üçün müraciətlərə başlanıldı
14.07.2026 15:34

Bu gündən Xocavənd rayonunun Xocavənd kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə güzəştli şərtlərlə icarəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən qəbul ediləcək və avqustun 14-dək davam edəcək.

Torpaqların icarəyə verilməsi Prezidentin 27 noyabr 2024-cü il tarixli fərmanı və Nazirlər Kabinetinin təsdiq etdiyi "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun həyata keçiriləcək.

Nazirlik bildirib ki, minimum 5 hektar sahəni əhatə edən suvarılan və əkin üçün hazır vəziyyətə gətirilmiş torpaqlarda meyvə bağları, tərəvəz, taxıl, paxlalı, yem və texniki bitkilər daxil olmaqla geniş çeşiddə kənd təsərrüfatı məhsullarının becərilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və ya çiləmə suvarma sistemlərinin quraşdırılması tələb olunur.

Müraciət etmək istəyən Xocavənd kənd sakinləri əvvəlcə EKTİS-də fermer elektron kabineti yaratmalı, daha sonra "Torpaq icarəsinə müraciət" bölməsində Xocavəndi seçərək elektron ərizəni doldurmalıdırlar. Bundan əlavə, faktiki yaşayış yerlərinin Xocavənd kəndi olması Daxili İşlər Nazirliyinin "e-Polis" tətbiqində qeyd edilməlidir.

Müraciətlər təsdiqləndikdən sonra namizədlər üçün təlimlər təşkil ediləcək, icarə müqavilələri imzalanacaq və torpaq sahələri yerində təqdim olunacaq. İcarə müddəti birillik bitkilər və yonca üçün iki il, çoxillik əkinlər üçün isə beş il müəyyən edilib və istifadə nəticələrindən asılı olaraq uzadıla biləcək.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol