• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kommunal, lift, işıqlandırma və yaşıllaşdırma xidmətləri üzrə yeni MMC-lər yaradılacaq

Bakıda kommunal, lift, işıqlandırma və yaşıllaşdırma xidmətləri üzrə yeni MMC-lər yaradılacaq
14.07.2026 17:15

Azərbaycan Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma xidmətlərinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə yeni müəssisələrin yaradılmasını nəzərdə tutan qərar qəbul edib.


Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərəcək Mənzil-kommunal Təsərrüfatı, Lift Təsərrüfatı, İşıqlandırma Təsərrüfatı və Yaşıllaşdırma Təsərrüfatı müəssisələrinin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib.
Sənədə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti üç ay ərzində mövcud xidmət qurumlarının bazasında məhdud məsuliyyətli cəmiyyət (MMC) statusunda həmin müəssisələrin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, onların nizamnamələrini hazırlamalı və təsdiq olunması üçün zəruri tədbirlər görməlidir.


Qərara görə, yeni yaradılacaq müəssisələrin nizamnamə kapitalı müvafiq sahələrdə xidmət göstərən mövcud qurumların əmlakı hesabına formalaşdırılacaq.


Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti müəssisələrin əməkhaqlarını Vahid Tarif Cədvəlinə uyğun müəyyən etməli, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə "Azərkosmos"un informasiya sistemlərindən istifadə etməklə Bakı şəhərində sanitar təmizlik və yaşıllaşdırma xidmətlərinin əhatə etdiyi əraziləri müəyyənləşdirərək məlumatları Maliyyə Nazirliyinə təqdim etməlidir

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol